Web proqramlaşdırma nədir?

Web proqramlaşdırma qısa desək, bir internet səhifəsində istifadəçinin gördüyü və görmədiyi, hər şey kimi deyə bilərik. Web proqramlaşdırma, Front-End və Back-End olmaqla, 2 hissəyə ayrılır. İstifadəçinin gördükləri Front-End, görmədikləri isə, Back-End proqramlaşdırmanın məhsuludur.

Front-End proqramlaşdırma nədir?

Front-End saytda istifadəçinin gördüyü vizual tərəfdir. Muasir web dünyasında, hər gün daha da əhəmiyyəti artır. Buna səbəb, Google kimi texnologiya nəhənginin istifadəçi üçün, ən rahat və ən funksional şəkildə dizayn edilmiş saytları, öz axtarış nəticələri səhifələrində ön sıralara çıxartmasıdır.

Front-End proqramlaşdırma dilləri hansılardır?

Front-End dekikdə HTML, CSS və JavaScript kimi, texnologiyalar nəzərdə tutulur. Proqramlaşdırma dünyasında HTML və CSS bir çoxları tərəfindən proqramlaşdırma dili kimi sayılmasa da, istifadəçi təcrübəsinin bu qədər əhəmiyyətli olduğu dövrdə, web proqramlaşdırma dünyasındakı yerlərini qorumaqdadırlar.

HTML(Hypertext Markup Language), bir saytın strukturunu müəyyənləşdirən, işarələmə dilidir. CSS(Cascading Style Sheets) ilə, saytın görünüşü dizayn edilir. JavaScript ilə isə, saytın istifadəçi interfeysindəki funksionallığı reallaşdırılır. Eyni zamanda Front-End tərəfində, CSS üçün Twitter tərəfindən yaradılmış, Bootstrap framework’ü və Javascript ailəsinə daxil olan Ajax, JQuery, Angular JS kimi texnologiyalar da istifadə olunur

Back-End proqramlaşdırma nədir?

Back-End proqramlaşdırma daha asan bir formada desək, istifadəçinin görmədiyi daha mürəkkəb prosseslərin reallaşması üçün yaradılan, arxa plan strukturudur. Bir saytın server side’a aid, əlaqəli bütün prosesləri, eyni zamanda istifadəçinin daxil etdiyi məlumatın işlənməsini, Back-End tərərfi reallaşdırır. Back-end proqramlaşdırmada PHP, ASP.NET, JAVA, PHYTON, C# və.s. kimi proqramlaşdırma dilləri istifadə olunur

Server tərəfi(Server Side) nədir?

Back-End proqramlaşdırmada, sayta daxil olan məlumatlar database’a göndərilir. Bu səbəbdən, Back-End dedikdə eyni zamanda MYSQL, MSSQL və Oracle kimi database dilləri ilə iş də, nəzərdə tututlur.

WEB proqramlaşdırmanı necə öyrənim?

Adətən web proqramlaşdırmaya başlayanlar, əvvəlca Front-End’i öyrənib, sonra Back-End tərəfə yönəlirlər.Bu sahəyə 0-dan başlayırsınızsa, bu istiqamət üzrə öyrənmə xəritəsi yaratmaq, məntiqlidir. Eyni zamanda, özünüz öyrənmək istəyirsinizsə, w3schoolsMDN öyrənməyə başlamaq üçün yaxşı qaynaqlardır. Əgər siz web proqramlaşdırmanı mentor dəstəyi ilə və daha sistemli bir şəkildə öyrənmək istəyirsinizsə, CELT İT Colleges web proqramlaşdırma kursları sizə, 20 illik uğurlu tədris təcrübəsi ilə, öz dəstəyini göstərəcək.

Comment yaz

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *