Komputer Şəbəkələri Nədir?

Komputer şəbəkələri 2 və daha çox komputerin və ya cihazın, bir-birinə bağlanaraq aralarında xəbərləşməsinə, məlumat ötürməsinə, məlumat almasına imkan yaradan sistemdir. Komputer şəbəkələri lokal şəbəkələrdə kabellərlə(LAN) ola biləcəyi kimi, kabelsiz(WLAN) bağlantıları ilə də mümkündür. Eyni zamanda, qlobal və tamamilə rəqəmsallaşmış dünyada, “MAN” və “WAN” kimi geniş sahə bağlantılarını yaradan texnologiyalar da çox geniş istifadə olunur.

Əslində ən böyük şəbəkə, muasir dünyamızın ayrılmaz parçası olan İnternetdir. İnternet, bütün internet səhifələrinin eyni şəbəkədə olduğu, çox nəhəng bir şəbəkədir. İP protokolları vasitəsi ilə, bir-birinə bağlanan və bu şəbəkə daxilindəki bütün cihaz və texnologiyaların bir-birinə məlumat ötürə bildiyi, çox böyük bir sistemdir.

Şəbəkə Administratorluğu Nədir?

Şəbəkə administratorluğu bu günün korporativ dünyasında, IT departamentinin çox əhəmiyyətli bir hissəsidir. Müəssə daxili texniki avadanlıqların və bu avadanlıqların proqram təminatının tənzimlənməsi, quraşdırılmış şəbəkə və sistemlərindəki nazasızlıqların aradan qaldırılmasını təmin edir. Şəbəkə administratoru şəbəkə cihazlarının tənzimləmələrini yerinə yetirməklə bərabər, şəkəkədəki təhlükəsizlik sistemlərinə də nəzarət edir.

Şəbəkə Administratorluğu üçün Rəsmi Sertifikatlar

Şəbəkə administratorluğu üçün əksər sertifikatlar, şəbəkə sistemlərində istifadə olunan texnologiyalar üzrə tərtib olunur. Həm dünyada, həm də Azərbaycanda, “CİSCO” şirkətinin istehsal etdiyi texnologiyalar üzrə təsis olunan ‘CİSCO”, “CBROPS”, “DEVASC” və “ENCOR” imtahanlarını nümunə göstərmək olar.

‘CİSCO” sertifikatlarından əvvəl, fundamental şəbəkə biliklərinizdən əmin olmağınız üçün, “CompTİA Network+” sertifikatını almaq, sizin üçün daha faydalı ola bilər. Eyni zamanda, virtuallaşdırma ilə maraqlanırsınızsa, “VCTA-NV” sertifikatını almağınız “VMWare NSX” şəbəkə virtuallaşdırma platformasına daxil olmaq üçün yaxşı seçimdir.

Necə Şəbəkə Administratoru Ola Bilərəm?

Şəbəkə administratoru olmaq istəyirsinizsə, sahə üzrə akademik təhsilinizin olması, gələcək karyeranız üçün çox əhəmiyyətlidir. Bu sahə üzrə Kompüter mühəndisliyi, İnformasiya Texnologiyaları və ya əlaqəli ixtisasları oxumaq, karyeranızda əmin addımlarla ilərləməyinizi asanlaşdıracaq. Təhsil aldığınız və ya bu sahəyə keçid etmək üçün hazırlaşdığınız müddətdə, rəsmi sertifikatları almağınız, iş tapmağınızı çox daha mümkün edəcək. Eyni zamanda, əgər bir-başa şəbəkə administratoru kimi iş tapa bilmirsinizsə, “Helpdesk” sahəsində işləməyə başlayıb, biliklərinizi artıraraq şəbəkə administratorluğuna keçid edə bilərsiniz. Helpdesk sahəsi üzrə isə, CompTİA A+Google İT Support sertifikatları sizin üçün çox faydalı olacaq.

Şəbəkə Aministratorluğunu Bizimlə Öyrən!

Muasir dünyada şəbəkə administratorlarına olan ehtiyac, davamlı olaraq artır. Önümüzdəki illərdə də, xüsusə informasiya təhlükəsizliyi sahəsində bu trend davam edəcək. CELT İT College rəqabətə davamlı və ən muasir texnoloji trendlərlə şəbəkə administratorluğu kursları təsis edir. Professional tədris komandamızın köməyi ilə praktika yönümlü detallı təhsil alın.

Comment yaz

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *