Help Desk Nədir?

Help Desk bir xidmət və ya məhsul üzrə müştəriyə göstərilən texniki dəstəkdir. Help Desk, 3 hissəyə bölünür. Bunlar, “IT Support Helpdesk”, “Customer Service Helpdesk” və “Business Helpdesk” kimi, sıralanır. Böyük şirkətlərdə IT departamentlər çox şaxəli və doğru strukturlarla təsis edildiyi üçün, Help Desk komandası da öz daxilində, “HelpDesk Agent”, “Helpdesk Team Lead”, “Helpdesk Manager” olaraq, 3 hissəyə ayrılır. Biz bu yazımızda, “IT Support Helpdesk” haqqında danışacağıq.

İT Support Helpdesk Nədir?

İT Support Helpdesk qısaca desək, bir müəssə daxilində yaranmış texniki problemləri həll edən şöbədir.Şirkət daxilindəki kompyuterlərin, skannerlərin, printerlərin və ümumiyyətlə bütün texnoloji cihazların yaşadığı texniki problemləri, Helpdesk komandasının həll etməsi gözlənilir. Əgər bu texniki problemləri həll etmək mümkün deyilsə, bu cihazların təmiri üçün kənardan bir dəstək alınmağını və ya yeni cihazların sifariş edilməsini, Helpdesk komandası əlaqəli departamentə bildirir.

Helpdesk Mütəxəssisi Hansı İşləri Görür?

Helpdesk komandası, cihazlarda yaranmış problemləri aradan qaldırmaqla bərabər, kompyuterlərdə əməliyyat sistemlərində yaranmış problemləri həll etməli, yeni əməliyyat sistemlərini yazmalı, kompyuterləri tələb olunan proqram təminatları ilə təmin etməli və sistem backup’larını almalıdır.

Helpdesk Mütəxəssisi Hansı Şəxsi Keyfiyyətlərə Sahib Olmalıdır?

Helpdesk mütəxəssisinin əsas şəxsi keyfiyyətləri; analitik düşünmə qabiliyyəti, problem həll etmə bacarığı və səbrli olmaqdır. Bir şirkətdə helpdesk mütəxəssisi işlədiyiniz zaman, bir çox gözləmədiyiniz problemlə qarşılaşacaqsınız. Ən böyük vəzifəniz, bu problemləri ən qısa müddətdə həll etməkdir. Problem həll etmə bacarığı, bütün İT mütəxəssislərin işlərində uğurlu olması üçün sahib olmaqları mütləq olan, ən vacib şəxsi keyfiyyətdir. Bir müəssə daxilində işçilərin əksəriyyətiinin, orta səviyyəli kompyuter istifadəçisi olduğunu unutmayın. Bu səbəbdən, sizi yoran bir çox xırda problemlə üzləşəcəksiniz. Kompyuteri enerji mənbəyinə qoşmadan, “yanmadığını” iddia edənlərdən, işlətdiyi mouse’un batareyasının bitmiş olma ehtimalını ağlına gətirməyən, bir çox iş yoldaşınız olacaq. Eyni zamanda, gündə bir neçə dəfə kəsilən internet bağlantısı ilə əlaqədar çağırıla bilərsiniz. Bu səbəbdən, Helpdesk mütəxəssisinin digər əhəmiyyətli şəxsi keyfiyyəti, səbrli olmaqdır. Bütün bunların, bu peşənin reallıqları olduğunu qəbul etməlisiniz.

Helpdesk Mütəxəssisi Olmaq üçün Nə Etmək Lazımdır?

Əgər siz İnformasiya Texnologiyaları və bu ixtisasla əlaqəli sahələrdə təhsil alırsınızsa, bu sahə üzrə işləmək sizin üçün çox daha asandır. Əgər sahə üzrə hər hansı bir təhsiliniz yoxdursa, bu sahənin internet vasitəsi ilə öyrənmək üçün bir çox pullu və pulsuz qaynaq var. Youtube kimi pulsuz, Udemy kimi pullu vizual dərsliklər tapa biləcəyiniz, bir çox qiymətli qaynaq var. Eyni zamanda, bloglar və forumlar da köməyinizə çatacaq. Sahə üzrə iş tapma mərhələsində aldığınız sertifikatlar, sizi rəqiblərinizdən bir addım önə çıxardacaq. Bu sahənin ən qiymətli sertifikatlarından biri, CompTIA A+ sertifikatıdır. Eyni zamanda, “Google İT Support” və “Microsoft IT Support” sertifikatları da, bu sahəyə əmin addımlarla başlamaq üçün çox əhəmiyyətlidir

Helpdesk Mütəxəssisi Olmaq İstəyənlərə Təklifimiz Var!

Bir şirkətdə kiçik mütəxəssis kimi işləməyə başladığınızda, üzləşdiyiniz problemləri həll edərək biliyinizi təcrübə ilə çox daha artıracaqsınız. Əgər siz iş mühitinə başlamadan əvvəl lazımi praktiki biliklərə yiyələnmək istəyirsinizsə, CELT IT College’in təsis etdiyi IT Helpdesk kursları rəqabətə davamlı IT Help desk mütəxəssi kimi yetişməyiniz üçün, ən böyük dəstəkçiniz olacaq.

Comment yaz

E-poçt ünvanınız dərc olunmayacaq. Tələb olunan sahələr qeyd olunub *